2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində görkəmli sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub fəaliyyət göstərir.
25 fevral 2017-ci il tarixində klubun növbəti məşğələsi keçirilmişdir. Mühazirə Muzeyin elmi katibi, H.Z. Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab və çoxsaylı məqalələr müəllifi, t.ü.f.d. Fərhad Cabbarov tərəfindən aparılmışdır.
Dahi şəxsiyyətin özü, ailə üzvlərinə məxsus nadir fotoşəkil və sənədlərdən ibarət foto-slaydın müşaiyəti ilə keçirilən mühazirədə H.Z. Tağıyevin həyatı haqqında ətraflı məlumat verilmiş, internet və sosial şəbəkələrdə yayılmış əssassız məlumatlara aydınlıq gətirilmişdir.
Məşğələdə Binəqədi rayon 244 №-li tam orta məktəbin şagirdləri, tələbə, elmi işçi və sadəcə H.Z. Tağıyev, onun yaşadığı dövr ilə maraqlanan klub üzvləri iştirak edirdilər. Klubun ən kiçik üzvü səkkiz yaşlı N.Piriyeva məşğələ zamanı xüsusi aktivlik göstərməsi ilə təşkilatçıların diqqətini çəkmiş və Muzeyin nəfis tərtibatlı nəşrləri ona hədiyyə edilmişdir.
Sonda klub üzvləri ilə xatirə fotosu çəkilmişdir.
Xatırladaq ki, “H.Z. Tağıyev klubu”nda məşğələlər hər ayın ilk və son şənbə günü saat 12:00-da keçirilir.
Qeydiyyat üçün: 493 1134 (bazar ertəsi-cümə, saat 11:00-16:00)
Keçiddə göstərilmiş anketi doldurmaqla da qeydiyyatdan keçə bilərsiniz:https://clck.ru/AYNmt
Hamınız dəvətlisiniz!
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.