Bakı şəhəri Binəqədi rayonu 179 saylı tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili Dəyərə çevirək" devizi altında “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası” mövzusu üzrə tədbir keçirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova da burada münsif qismində iştirak etmiş, mövzu haqqında geniş çıxış etmişdir.
Tədbir zamanı şagirdlər bir-birindən maraqlı və dəyərli məlumatlar verdilər. Həmçinin milli-mədəni irsimizi, dəyərlərimizi, Azərbaycanın etnoqrafik xüsusiyyətlərini öz interaktiv oyunları və çıxışları ilə nümayiş etdirdilər. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, valideynlər və məktəb kollektivi də iştirak etmişdir.
Qeyd edək ki, Muzey əməkdaşları mütəmadi olaraq bu kimi tədbirlərdə iştirak edir, Muzey materialları əsasında Azərbaycan mədəniyyətinin təbliği ilə aktiv məşğul olurlar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.