Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus materialların qorunub nümayiş etdirilməsində, təbliğində və gələcək nəsillərə ötürülməsində mühüm missiyanı həyata keçirir.
Belə ki, aprel döyüşlərində şəhid olmuş Milli Ordunun baş leytenantı Cavid Dədəkişiyevin atası Gülbaba Dədəkişiyev Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişdir.
Şəhid atası Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşmüş, Cavid Dədəkişiyevə məxsus 6 ədəd fotoşəkil və hərbi geyim dəstini Muzeyə təqdim etmişdir.
Görüş əsnasında akad. Nailə Vəlixanlı şəhid atasına başsağlığı verib səbir dilədi və verilən materiallara görə öz təşəkkürünü bildirdi. Gülbaba Dədəkişiyev də Azərbaycan şəhidlərinin xatirəsini əziz tutduğu üçün Muzey rəhbərliyinə öz minnətdarlığını bildirdi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.