XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Mart, 2017
Muzeyə etnoqrafik material təqdim edilmişdir

Milli adət-ənənələrimizin öyrənilməsində mühüm baza rolu oynayan Muzeyin Etnoqrafiya elmi-fond şöbəsi vətəndaşların təqdim etdiyi yeni materiallar hesabana daim zənginləşir.


Bu materiallar dövrün etnoqrafik mədəniyyətini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir. Belə ki, Bakı şəhəri sakini R.Hüseynov tərəfindən Muzeyə XIX əsrin birinci yarısına aid etnoqrafik eksponat - çul təqdim olunub.

Yundan olan çul zil texnikası ilə hazırlanıb. Qara rəngli eksponatın üzəri quş təsvirləri, aşağı hissəsi isə hörmə qotazlı saçaqllarla bəzədilmişdir. Çulun yuxarı hissəsində ərəb əlifbası ilə h. 1251 (1835/1836) tarixi də qeyd olunub.

Etnoqrafiya fonduna daxil olmuş bu etnoqrafik materialdan ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi tədqiqatlarda mənbə kimi də istifadə olunucaq. 

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ