AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın yeni, "Ибн Макула о мухаддисах Азербайджана" (M.: НИИ ИЭП, 2016. - 123 с. Серия "Восточная библиотека".) əsəri işıq üzü görmüşdür.
Kitabda orta əsrlərin məşhur ərəb alimi İbn Makulanın (1030 – 1082) “Əl-İkmal” əsəri araşdırılır. Burada onun Azərbaycana səyahətinin təəssüratları öz əksini tapmışdır. Naxçıvanda, Gəncədə, digər şəhərlərdə azərbaycanlı mütəfəkkirlərlə görüşən, dini mərkəzləri, kitabxanaları gəzən İbn Makula altmışdan çox Azərbaycan üləması, o cümlədən mühəddislər (hədis alimləri), dilçilər, fəqihlər, sufilər, şairlər, katiblər, hafizlər və sərkərdələr haqqında olduqca zəngin məlumatlar vermişdir.
N.Əliyeva bu alimin yaradıcılığını səciyyələndirərkən topladığı bilgilərin böyük elmi dəyərini nəzərə çatdırmışdır.
Həmin nəşr orta əsr tarixini tədqiq edən tarixçi alimlər, o dövrün tarixini araşdıran mütəxəssislər, müəllim və tələbələr, Azərbaycan tarixi ilə maraqlanan hər kəs üçün böyük elmi əhəmiyyətə malikdir.
Muzey kollektivi adından t.ü.e.d. N.Əliyevanı təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırıq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.