XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Mart, 2017
“Hacı Zeynalabdin Tağıyev klubu”nun növbəti məşğələsi keçirilmişdir

2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində görkəmli sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub fəaliyyət göstərir.


4 mart 2017-ci il tarixində klubun növbəti məşğələsi təşkil edilmişdir. “H.Z. Tağıyev və neft sənayesi” adlı mühazirə Muzeyin elmi katibi, H.Z. Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab və çoxsaylı məqalələr müəllifi, t.ü.f.d. Fərhad Cabbarov tərəfindən aparılmışdır.

Dövrü əks etdirən fotoşəkil və sənədlərdən ibarət foto-slaydın müşaiyəti ilə keçirilən mühazirədə H.Z. Tağıyevin Azərbaycan neft sənayesində rolu haqqında ətraflı məlumat verilmişdir. 

Onu da qeyd edək ki, mühazirələrdə iştirak edən dinləyicilərin sayı davamlı olaraq artmaqdadır. Belə ki, tədbirin daimi iştirakçıları ilə bərabər, məşğələdə Ombudsmanın Ahılların Resurs Mərkəzinin üzvləri, Binəqədi rayon 244 №-li və Keşlə qəsəbəsi 227 №-li tam orta məktəbin şagirdləri də iştirak etmişdilər.

Dinləyicilərin mövzu ilə bağlı verilmiş çoxsaylı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Sonda Ombudsmanın Ahılların Resurs Mərkəzinin üzvləri və şagirdlər maraqlı mühazirəyə görə F.Cabbarova öz təşəkkürlərini bildirdilər.

Məşğələdən sonra klub üzvləri “H.Z. Tağıyevin xatirə muzeyi”ni də ziyarət etmişdilər.

Xatırladaq ki, “H.Z. Tağıyev klubu”nda məşğələlər hər ayın ilk və son şənbə günü saat 12:00-da keçirilir.

Qeydiyyat üçün: 493 1134 (bazar ertəsi-cümə, saat 11:00-16:00)

Keçiddə göstərilmiş anketi doldurmaqla da qeydiyyatdan keçə bilərsiniz: https://clck.ru/AYNmt

Hamınız dəvətlisiniz!

FLICKR

YOUTUBE

FACEBOOK