Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Multikulturalizm” jurnalının IV sayının təqdimatı keçirilmişdir.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov da çıxış etmişdir. Ə.Fərhadov Azərbaycanın tarixən müxtəlif din və etnik qrupların vətəni olub bir arada mehriban şəkildə yaşadıqlarını və “Multikulturalizm” jurnalının da xalqımızın bu gözəl ənənəsinin təbliğatçısı kimi böyük xidmətlərə imza atdığını öz çıxışında bildirmişdir.
Tədbirdə “Multikulturalizm” jurnalının redaksiya heyəti, BMU müəllim və tələbələri, KİV nümayəndələri də iştirak və çıxış etmişdirlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.