XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Mart, 2017
Muzeydə növbəti açıq dərs

Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 25 noyabr 2016-cı il tarixli sərəncamına əsasən AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Sabah” qrupları layihəsi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində növbəti açıq dərs keçirilib.


Mühazirə Muzeyin direktoru, akademik Nailə xanım Vəlixanlı tərəfindən aparılmışdır. Tarixçi alim Bakı Dövlət Universitetinin tarix fakültəsi tələbələrinə “Azərbaycan VII-XII əsrlərdə” adlı mövzusunda mühazirə demişdir. Tələbələrin böyük marağına səbəb olan mövzu ətrafında verilən suallar Nailə xanım tərəfindən ətraflı cavablandırılmışdır.

Qeyd edək ki, akademik Nailə Vəlixanlının eyniadlı kitabı bu yaxınlarda oxuculara təqdim olunmuşdur.

FLICKR

YOUTUBE

FACEBOOK