AMEA-nın elmi müəssisə və təşkilatları arasında 2016-cı il üçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların müəyyən olunmasına dair aparılan monitorinqin nəticələri açıqlanıb.
AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən həyata keçirilən monitorinq Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi və stimullaşdırılması haqqında” 14 mart 2016-cı il tarixli sərəncamına əsasən aparılıb.
Direktorlar Şurasının iclasında AMEA prezidenti, akademik Akif Əlizadə müasir dövrdə veb-saytların geniş imkanlara malik olduğunu bildirib. Daha sonra AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini, Monitorinq Qrupunun rəhbəri Ülviyyə Rzayeva yekun hesabatı təqdim edib. Ümumilikdə akademiyanın 6 elmi bölməsi üzrə 40 institut və təşkilatın rəsmi informasiya resursunun analiz edildiyi bildirilib.
Monitorinqin 2 meyar üzrə - müraciətlərin və xəbərlərin sayına görə aparıldığını vurğulayan Ü.Rzayeva ilk üç yerdə Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin qərarlaşdığını qeyd edib.
Muzey kollektivi adından 2016-cı il üçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə 3-cü yeri tutan Milli Azərbaycan Tarixi Muzeyini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Официальная интернет-страница Национального Музея Истории Азербайджана удостоена наименования «Самый лучший веб-сайт года»
Обнародованы результаты мониторинга, проведенного с целью определения веб-сайтов научных учреждений и организаций НАНА, ставшими победителями в номинации «Самый лучший веб-сайт года» на 2016 год. Мониторинг был осуществлен Управлением по связям с общественностью и популяризации науки Президиума НАНА согласно Распоряжению Президиума «О мониторинге и стимулировании веб-сайтов научных учреждений и организаций НАНА» от 14 марта 2016 года.
На заседании Совета директоров президент НАНА, академик Акиф Ализаде отметил, что в современный период веб-сайты обладают широкими возможностями. Заместитель начальника Управления по связям с общественностью и популяризации науки Президиума НАНА, руководитель Мониторинговой группы Ульвия Рзаева представила итоговый отчёт анализа официальных информационных ресурсов 40 институтов и организаций по 6 научным отделениям академии.
Подчеркнув, что мониторинг был проведен по 2 тенденциям – количеству обращений и новостей, У.Рзаева довела до внимания положительные стороны деятельности веб-сайтов, а также существующие проблемы и рекомендации. Первые 3 места заняли Институт информационных технологий, Институт нефтехимических процессов и Национальный Музей Истории Азербайджана Национальной академии наук Азербайджана.
В связи с занятием 3-его места в номинации «Самый лучший веб-сайт» в 2016 году, коллектив Музея поздравляет Национальный Музей Истории Азербайджана и желает успехов в дальнейшей деятельности.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.