XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Mart, 2017
Muzeydə I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində tədbir keçirilib

Muzeydə Şollar-Bakı Su Kəmərinin istifadəyə verilməsinin 100 illiyi və müəllifləri t.ü.f.d. Fərhad Cabbarov, t.ü.f.d. Məmməd Məmmədov olan “Şollar-Bakı su kəmərinin tarixindən” adlı kitabın təqdimetmə mərasimi keçirilib.


14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək. I Bakı Beynəlxalq Su Həftəsi layihəsi çərçivəsində ilk olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyində tədbir keçirildi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın İctimai Elmlər bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, “Azərsu” Azərbaycan Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Şollar-Bakı Su Kəmərinin mühəndisi Uilyam Lindley, Azərbaycanın neft maqnatı, xeyriyyəçi H.Z.Tağıyevin varisləri və KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq gələn qonaqları salamladı. Nailə xanım Bakıda 100 il əvvəl istifadəyə verilən Şollar-Bakı Su Kəmərinin tarixindən danışaraq bildirdi ki, təbiətin ən böyük və nadir maddi nemətlərindən olan su, qədim bəşər tarixi yaranandan insan həyatının ayrılmazhissəsi olub. Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda sudan səmərəli istifadə tarixin bütün dövrlərində aktuallığını saxlayıb. Bu problem özünü daha çox şirin su ehtiyatlarının məhdud olduğu Abşeron yarımadasında büruzə verib. Abşeron yarımadasında içməli su problemini həll etmək üçün bir əsr əvvəl Şollar-Bakı Su Kəməri çəkilib. H.Z.Tağıyevin bilavasitə maliyyə dəstəyi ilə çəkilən kəmər yüz ilə yaxındır ki, Bakı əhalisini su ilə təmin edir.

Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bu tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, Şollar-Bakı Su Kəmərinin istifadəyə verilməsinin əhəmiyyətindən bəhs etdi. Akademik öz çıxışında qeyd etdi ki,  bu, Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. İngilis mühəndis U. Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi XX əsrin əvvəllərinə təsadüf edir. Şollar suyu, həm də Şamaxı zəlzələsindən sonra quberniyanın mərkəzi olaraq yenicə diqqətləri öz üzərinə cəlb edən Bakı şəhəri üçün də nicat, xilas missiyasına çevrilmişdi.

Sonra “Azərsu” Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov iştirakçılara Şollar-Bakı Su Kəmərinin istifadəyə verilməsi və fəaliyyəti ilə bağlı geniş məlumat verdi. Daha sonra “Azərsu” Səhmdar Cəmiyyəti adından Milli Azərbaycan Tarixi Muzeyinə üzərində H.Z. Tağıyev və U. Lindleyin şəkli həkk olunmuş lövhə hədiyyə olundu. Muzey də öz növbəsində qonaqlara H.Z.Tağıyevə həsr olunmuş nəfis tərtibatlı kitab-albom və “Muzeyin inciləri” kataloqunu hədiyyə etdi.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi. 


В Музее состоялось мероприятие в рамках Первой международной водной недели

В Музее состоялось мероприятие, посвященное 100-летию ввода в эксплуатацию Баку-Шолларского водопровода и презентации книги сотрудников Музея Истории – доктора философии по истории ФархадаДжаббарова и доктора философии по истории Мамеда Мамедова – «Из истории Баку-Шолларского водопровода».14-18 марта 2017 года в Баку – под девизом «Вода – не только источник жизни, но и есть сама жизнь» пройдет Первая международная водная неделя.

 
В рамках данного мероприятия в Национальном Музее Истории Азербайджана Национальной Академии Наук было проведено мероприятие. В мероприятии приняли участие – вице-президент НАНА академик Иса Хабиббейли,действительный член НАНА, академик-секретарь Отдела Общественных Наук НАНА Наргиз Ахундова, руководитель Акционерного Общества «Азерсу» Горхмаз Гусейнов, наследники нефтяного магната и благотворителя Г.З.Тагиева и британского инженера У.Линдлея и др. 


Со вступительным словом к присутствующим обратилась директор Музея, академик Наиля Велиханлы. Наиля-ханум отметила, что открытие 100 лет  назад водопровода Шоллар-Баку во многом способствовало решению извечной проблемы Азербайджана на протяжении веков, в особенно на территории Апшеронского полуострова. В строительство водопровода активную материальную поддержку оказал и Г.З.Тагиев.


Вице-президент НАНА, академик Иса Хабиббейли выразил благодарностьорганизаторам мероприятия и отметил важность Водопровода «Шоллар-Баку». Академик в своем выступлении отметил, что данный водопровод являлся первым подобным источником снабжения водой на Апшероне. Вода для водопровода бралась из источников вблизи села Шоллар вблизи города Худат современного Хачмасского района. Руководитель Акционерного Общества «Азерсу» Горхмаз Гусейнов подробно ознакомил участников мероприятия с историей создания и функционированием Водопровода «Шоллар-Баку».

После этого руководитель от имени Акционерного Общества «Азерсу» преподнёс в дар Музею панно с изображениями Г.З.Тагиева и У.Линдлея. В качестве ответного дарагим гостям были подарены книга-альбом, посвященная Г.З.Тагиеву и каталог «Из коллекции Музея».


 В конце мероприятия были сделаны фото на память.

 

FLICKR

YOUTUBE

FACEBOOK