Martın 14-də AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə bu qurumun Rəyasət Heyətinin üzvləri, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov
və bir sıra elmi müəssisə və institut direktorlarının, həmçinin Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin layihə rəhbəri Uilyam Lindleyin nəslinin nümayəndələri və xarici qonaqların Şollar su mənbəyinə, Taxtakörpü su anbarına, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunmuşdur.
Səfər “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Bakı şəhərində keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin 100 illik yubileyi münasibətilə təşkil olunmuşdur.
Tədbir iştirakçıları öncə Şollar su mənbəyi ilə də tanış olublar. Bildirilib ki, bu su mənbəyi Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi XX əsrin əvvəllərinə təsadüf edir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ilə yaxındır ki, Bakı əhalisini su ilə təmin edir.
Sonra Taxtakörpü su anbarı ilə tanış olan qonaqlara qurğu haqqında geniş məlumat verilib.
Tədbir iştirakçıları Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə də tanış olublar.
Daha sonra qonaqlar Şollar su mənbəyi və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərdən məmnun olduqlarını bildiriblər, Azərbaycanda qədim su təchizatı sahəsində bu kimi uğurların əldə edilməsini, ən müasir texnologiyaların tətbiqini yüksək qiymətləndiriblər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.