XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Mart, 2017
Muzeyin əməkdaşları Azərbaycanın və Cənubi Qafqazın tarixindən bəhs edən kitabların təqdimatında iştirak ediblər

AMEA Mərkəzi Elmi Kitabxanasında litvalı müəlliflər Alqimantas Liyekisin "Millətlərin Qafqazda köçü 20-ci əsr" və Qintaras Visotkasın "Qara bağın faciəsi" kitablarının təqdimat mərasimi keçirilib.


Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin əməkdaşları Pərvanə Əzimova və Sahibə Ələkbərova tədbirdə iştirak etmişlər.

Tədbiri açan AMEA İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova bildirib ki, "Millətlərin Qafqazda köçü 20-ci əsr" kitabı Litvada Azərbaycan haqqında çap olunmuş ilk əsərdir. Dağlıq Qarabağ münaqişəsinin bir Avropa ölkəsinin nümayəndələri tərəfindən araşdırılmasını müsbət hal adlandıran N.Axundova təqdimatı keçirilən nəşrlərdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror, etnik təmizləmə və kütləvi qırğınlardan, həmçinin ərazilərimizin işğalından bəhs olunduğunu bildirib. Daha sonra A.Liyekis və Q.Visotkas da çıxış edərək öz əsərləri haqqında geniş məlumat veriblər.

İctimaiyyətə təqdim olunan hər iki əsər dinləyicilər tərəfindən mühüm tarixi tədqiqat nümunəsi kimi yüksək qiymətləndirilib.

 FLICKR

YOUTUBE

FACEBOOK