AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun yeni məqaləsi çap olunub. Tarixçi alimin “XIV əsr Azərbaycan miniatürlərində silah təsvirləri” adlı məqaləsi Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər” (İctimai elmlər seriyası) jurnalında (№ 1 , 2017, s.26-41) oxuculara təqdim olunub.
Məqalədə XIV əsr Təbriz miniatürlərində rast gəlinən silahların analizi aparılmışdır. Tədqiqata cəlb olunan “Cəmi ət-Təvarix”, “Böyük Təbriz Şahnamə”si əsərlərində və “Dits albomu”nda silah təsvirləri daha çoxdu.
Miniatürlər dəbilqə, yaraq, sinəbənd, qolçaq, ayaqlıq, qalxan və at yaraqlarının, həmçinin qılınc, toppuz, şeşpər, nizə, yay-ox, kəməndin bu dövrdə hansı növlərindən istifadə olunduğunu öyrənməyə imkan verir. Miniatürlər XIII əsrin II yarısı – XIV əsrin əvvəllərində Azərbaycanda monqol silahlarının üstünlük təşkil etdiyini göstərir. Lakin XIV əsrin II yarısından burada yeni, daha təkmilləşmiş yerli silahlardan istifadə olunub.
Müəllifin bu məqaləsi araşdırmaçılar və geniş ictimaiyyət üçün böyük töhfədir.
Muzey kollektivi adından S.Əhmədovu təbrik edir və yeni elmi nailiyyətlər arzu edirik.
Вышла из печати статья сотрудников Музея В очередном номере научного журнала «Известия Национальной Академии Наук Азербайджана»
(Серия общественных наук № 1, 2017, s.26-41) опубликована статья руководителя отдела Научной экспозиции иорганизации выставок Национального Музея Истории Азербайджана, доктора философии по истории Сабухи Ахмедова. В статье «Изображения оружия на азербайджанских миниатюрах XIV века» проводится анализ тебризских миниатюр XIV века, в которых встречаются изображения оружия. Особенно много изображений оружия в миниатюрах летописей «Джами ат-таварих», «Большое Тебризское Шахнаме» и в альбоме Дица. Миниатюры позволяют изучить типы шлемов, доспехов, наручей, щитов, конских доспехов, а также луков, копий, сабель, булав, применявшихся в данную эпоху. Миниатюры свидетельствуют, что во второй половине XIII века – начале XIV века в Азербайджане преобладало монгольское вооружение. Однако, со второй половины XIV века здесь появляются новые, более совершенные виды оружия. Коллектив Музея поздравляет С.Ахмедова и желает ему дальнейших успехов на научном поприще.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.