Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 25 noyabr 2016-cı il tarixli sərəncamına əsasən AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Sabah” qrupları layihəsi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində növbəti açıq dərs keçirilib.
Mühazirə Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Ləman Musayeva tərəfindən aparılmışdır.
Natiq tərəfindən Bakı Dövlət Universitetinin Tarix fakültəsi tələbələrinə “Azərbaycan XIV əsrlərdə” adlı mövzusunda mühazirə oxunmuşdur.
Tələbələrin böyük marağına səbəb olan mövzu ətrafında verilən suallar mühazirəçi tərəfindən ətraflı cavablandırılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.