AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilmişdir.
İclasda çıxış edən Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Muzeyin kollektivi qarşısında dayanan cari məsələlər barəsində məlumat vermiş, bu məsələlərin həllində tarix elminin müasir nailiyyətlərinin, muzeyşünaslığın ən son nailiyyətlərinin nəzərə alınmasının vacibliyini vurğulamışdır.
Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov Muzeyin nizamnaməsinə dəyişikliklərin edilməsi ilə bağlı Şura üzvlərinə məlumat vermişdir.
Elmi Şurada gündəlikdə duran – Muzeydə kommersiya xidmətləri üçün bəzi tariflərin dəyişdirilməsi, VII Beynəlxalq “Türk İncəsənəti, Tarixi və Folkloru” konfransına hazırlıq işləri və s. məsələlər müzakirə olunub.
Şura üzvləri tərəfindən Muzeydə kommersiya xidmətlərinin Avropa muzeylərinin təcrübəsinə əsaslanaraq yenilənməsi ilə bağlı bəzi təkliflər irəli sürüldü.
Muzeydə keçiriləcək beynəlxalq konfransın tədbirlər planı müzakirə olundu.
Sonda cari məsələlərlə bağlı görüləcək işlərin əlaqəli aparılması məqsədilə işçi qrupların yaradılmasına yekdilliklə qərar verildi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.