“Respubika” qəzetində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik, əməkdar elm xadimi Nailə Vəlixanlı haqqında məqalə dərc olunub.
Məqalədə Nailə Vəlixanlının keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salınıb. Uzun və kəşməkeşli yaradıcılıq yolu keçmiş gözəl ziyalı xanım Nailə Vəlixanlı ölkəmizin görkəmli alimlərindəndir. Həyatını Azərbaycan tarixinin orta əsrlər dövrünün öyrənilməsinə həsr edən Nailə xanımı elm fədaisi adlandırmaq olar. Məqalədə görkəmli alimin əvəzsiz xidmətlərindən bəhs olunur.
Onu da qeyd edək ki, 200-dən artıq elmi əsərin müəllifi olan Nailə Vəlixanlı Azərbaycan Milli Akademiyasının ilk qadın vitse-prezidenti olmuş və 1998-ci ildən bu günə qədər AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.