XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Mart, 2017
Bərdə beynəlxalq arxeoloji ekspedisiyasının üzvləri Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar

Bu gün Bərdə beynəlxalq arxeoloji ekspedisiyasının rəisi, Oksford universitetinin əməkdaşı, arxeoloq Pol Bordsvortun başçılıq etdiyi nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyinə təşrif buyurmuşdur.
Qonaqları qarşılayan akademik Nailə Vəlixanlı Bərdədə aparılan arxeoloji tədqiqatların vəziyyəti ilə maraqlanmış, bu şəhərin tarixi ilə bağlı bir sıra maraqlı məlumatları səsləndirmişdir. Pol Bordsvort da öz növbəsində arxeoloji tədqiqatların Bərdə rayonu ərazisindəki Qaratəpə və Torpaqqala abidələrində aparıldığını, axtarışlar zamanı xeyli sayda maddi mədəniyyət nümunələrinin tapıldığını və maraqlı elmi nəticələrin əldə olunduğunu bildirmişdir.
Daha sonra t.ü.f.d. Nasir Quluzadə qonaqları muzeyin ekspozisiyası və Arxeologiya fondu ilə tanış etmişdir. Fondda əcnəbi mütəxəssislərə Beyləqanın arxeoloji saxsı məmulatı ilə yaxından tanış olmaq üçün lazımi şərait yaradılmışdır.

FLICKR

YOUTUBE

FACEBOOK