XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Mart, 2017
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları diplomlarla təltif olunublar

Paytaxtda keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Azərsu” ASC AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlını, muzeyin elmi katibi t.ü.f.d. Fərhad Cabbarovu və aparıcı elmi işçi t.ü.f.d. Məmməd Məmmədovu diplomlarla təltif etmişdir.


Diplomlar Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyinə həsr edilmiş elmi tədqiqat işlərinə görə təqdim olunub. Xatırladaq ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 2016-cı ildə nəşr etdirdiyi “Şollar-Bakı su kəmərinin tarixindən” kitabı kəmərin tikilməsinin 100 illik yubileyi ərəfəsində çap olunmuş ilk elmi əsərdir. Kitabın təqdimat mərasimi isə 2017-ci il martın 13-də baş tutmuş və I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən ilk tədbir olmuşdur. “Şollar-Bakı su kəmərinin tarixindən” kitabının müəllifləri t.ü.f.d. F.Cabbarov və t.ü.f.d. M.Məmmədov, elmi redaktoru akademik N.Vəlixanlıdır.


Сотрудники Национального Музея Истории Азербайджана НАНА награждены дипломами

В рамках проводимой в столице Первой Бакинской Международной ВоднойНедели ОАО «Азерсу» наградило дипломами директора Национального Музея Истории Азербайджана, академика Наилю Велиханлы, научного секретаря Музея – доктора философии по истории Фархада Джаббарова и ведущего научного сотрудника – доктора философии по истории Мамеда Мамедова.Дипломы были вручены за научные исследования в рамках 100-летия ввода в эксплуатацию Баку-Шолларского водопровода. Напомним, что выпущенная Национальным Музеем Истории Азербайджана НАНА в 2016 году книга «Из истории Баку-Шолларского водопровода» является первым научным исследованием в этой области. Презентация книги состоялась 13 марта 2017 года и была первым мероприятием в рамках Первой БакинскойМеждународной Водной Недели. Авторы книги – доктор философии поистории Фархад Джаббаров и доктор философии по истории Мамед Мамедов,научный редактор – академик Наиля Велиханлы. 

 FLICKR

YOUTUBE

FACEBOOK