Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına müvafiq olaraq mütəmadi olaraq multikulturalizm mövzusunda seminarlar keçirilir.
Növbəti belə bir seminar “Azərbaycan: bir multikulturalizm nümunəsi” mövzusunda təşkil edilmişdir. Tədbirdə dini və etnik icmaların nümayəndələri, H.Mahmudbəyov adına 2 №-lı texniki-humanitar liseyin şagirdləri və BDU tələbələri də iştirak etmişdir.
Tədbirdə Muzeyin Xarici əlaqələr şöbəsinin elmi işçisi Əli Fərhadov “Azərbaycanın multikulturalizm nümunəsi” mövzusunda, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu isə “Azərbaycan multikulturalizminin təbliğində “Multikulturalizm” jurnalının rolu” adlı mühazirə oxumuşdurlar. F.Uğurlu jurnalın 2016-cı il 1-4-cü nömrələrini də Muzeyin kitabxanasına hədiyyə etmişdir.
H.Mahmudbəyov adına 2 №-lı texniki-humanitar liseyin tarix müəllimi Sevil Nəsibova da çıxış edərək bu kimi tədbirlərin məktəblilərin maariflənməsindəki əhəmiyyətini vurğulamışdır.
Seminarın sonunda iştirakçıların sualları cavablandırıldı və bu kimi tədbirlərin gələcəkdə də keçiriləcəyi qeyd olundu.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.