Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq yeni hədiyyələrlə zənginləşir. Belə ki, “Azərbaycan: bir multikulturalizm nümunəsi” mövzusunda keçirilən tədbirdə çıxış edən “Multikulturalizm” jurnalının baş redaktoru F.Uğurlu jurnalın 2016-cı il 1-4-cü nömrələrini Muzeyin kitabxanasına hədiyyə etmiş, Muzey əməkdaşlarını jurnalla əməkdaşlıq etməyə dəvət etmişdir.
“Multikulturalizm” jurnalı ədəbi-bədii, elmi-publisistik jurnal olub AMEA, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Yaradıcılıq Fondu tərəfindən nəşr olunur. Jurnalın hədiyyə edilən nömrələrində dövlətin multikulturalizm siyasəti, ölkəmizin multikultural, tolerantlıq ənənələri, Azərbaycanda yaşayan müxtəlif dini, etnik icmaların nümayəndələrinin yaradıcılıq nümunələri dərc olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.