Milli Azərbaycan Tarixi Muzeyi tarix elminin təbliği və maarifçilik missiyasını uğurla həyata keçirir.
AMEA Prezidentinin 25 noyabr 2016-cı il tarixli sərəncamına əsasən AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Sabah” qrupları layihəsi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində növbəti açıq dərs keçirilib. Mühazirə Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Ləman Musayeva tərəfindən “Azərbaycan Cəlairilər və Qaraqoyunlular dövründə” mövzusu üzrə aparılmışdır. Tarixçi mütəxəssis Bakı Dövlət Universitetinin Tarix fakültəsi tələbələrinə Muzeyin ekspozisiya zallarında ekskursiya aparıb, onlara Azərbaycan tarixinin orta əsr dövründə yaranmış dövlətləri haqqında ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.