XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Mart, 2017
Muzey əməkdaşı Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonunda anım tədbiri keçirilib.


Səbail Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Səbail və Quba rayon təşkilatlarının bir qrup nümayəndəsi, Milli Azərbaycan Tarixi Muzeyinin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova, Səbail rayon İcra Hakimiyyəti, YAP Səbail rayon Təşkilatı, YAP Quba rayon Təşkilatı, Səbail rayonu ictimaiyyət nümayəndələrinin bir qrupu Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət ediblər. Quba rayonunda keçirilən tədbirdə rayonun YAP təşkilatının sədri Yusif Abidov, Milli Məclisin deputatı Yevda Abramov, YAP Səbail rayon Təşkilatının aparat rəhbəri Zəfər Bayramov, rayon təşkilatının idarə heyəti və digər üzvlər iştirak etmişlər. Partiya fəalları erməni terrorçularının törətdikləri soyqırım haqqında iştirakçıları ətraflı məlumatlandırıblar.

Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 1 aprel 2007-ci il tarixində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə erməni terrorçularının dinc müsəlman əhaliyə qarşı törətdikləri soyqırım ilə bağlı olduğu müəyyən edilib.

Qeyd edilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 18 sentyabr 2013-cü il tarixində açılışı olub.

Komplekslə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar. Bildirilib ki, bu məzarlıq erməni qəsbkarlarının iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir.

FLICKR

YOUTUBE

FACEBOOK