XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Mart, 2017
Hərb tarixinə dair konfrans keçiriləcək

Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıq haqqında müqavilə imzalamış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında hərb tarixinə dair konfrans keçiriləcək. Konfransın elanını təqdim edirik:


Hörmətli tədqiqatçılar!

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasında 2018-ci ilin may ayında Ümummilli Lider Heydər Əliyevin 95-ci ildönümünə və Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan ordusu" adlı elmi-praktiki konfrans keçiriləcək.

Konfransda Azərbaycan xalqının hərb tarixində xüsusi əhəmiyyət kəsb edən məsələlərə baxılması nəzərdə tutulur. Belə ki, Azərbaycan hökumətinin 1918 – 1920-ci il­lər­də ölkənin hərbi müdafiəsinin təşkili üzrə fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətində hərbi quruculuq (1918 – 1920), azərbaycanlılardan ibarət ilk nizami hərbi birləşmə olan Müsəlman korpusunun yaranması, azərbaycanlı hərbçi kadrlar hazırlayan ilk milli hərbi məktəbin təşkil olunması, azərbaycanlılardan və türklərdən ibarət Qafqaz İslam Ordusunun formalaşması, Azərbaycan və türk hərbi qüvvələri tərəfindən Bakı şəhərinin yadellilərdən azad edilməsi, Azərbaycan hərbi qüvvələrinin iştirakı ilə Qarabağda erməni təcavüzünün yatırılması; həmçinin, Azərbaycanın Sovet Silahlı Qüvvələrində (1920 – 1945) iştirakı və müharibədən sonra (1946 – 1991) SSRİ Silahlı Qüvvələri və xarici ölkələr üçün kadr hazırlığı işində mərkəzlərdən biri olmuş Azərbaycanın rolunun təhlili, 1970 – 80-ci illərdə milli hərbçi kadrların hazırlanması işində Heydər Əliyevin rolunun öyrənilməsi, Azərbaycan Respublikasında müasir dövrdə hərbi quruculuq işlərin öyrənilməsi, Azərbaycan tarixşünaslığında Heydər Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasındakı rolunun, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvəl­ə­rin Ali Baş Komandanı İlham Əliyev və XXI əsrin əvvəlində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafının hərb tariximizdə öyrənilməsi məsələlərinin konfransda baxılması nəzərdə tutulur.

Konfransının materialları Azərbaycan Respublikası Silahli Qüvvələrinin Hərbi Akademiyası tərəfindən toplu şəklində dərc olunacaq.

Konfransda iştirak üçün elmi məqalələr 2017-ci ilin 1 may - 1dekabr tarixlərində qəbul olunacaq.

Elmi məqalələrin tərtibinə dair əsas tələblər:

Məqalələr konfransın elmi istiqamətinə (hərb tarixi elmi) uyğun olmalı, aktual elmi problemlərə həsr edilməli, çapa ilk də­fə təqdim edilən  işlər olmalıdır. Məqalələr üç dildə (Azər­baycan, rus və ya in­gilis) təqdim edilə bilər. 

Məqalə MS WORD mətn redaktorunda 12-lik Times New Roman şrifti ilə yığılmalı, sə­tir­lərarası mə­safə 1 olmalıdır. Məqalənin birinci səhifəsinin yuxarı sol tərəfində UOT (UDK) in­dekslər göstə­ril­mə­lidir. Mətnin əvvəlində məqalənin adı, müəllif(lər) haqqında məlumat (on­la­rın adı tam şəkildə, elmi də­­rəcəsi, elmi adı və hərbi xidmətdə olanlar üçün hərbi rütbəsi), müəl­lif(lər)in işlədiyi müəssisə(lər) və hə­min müəssisə(lər)in ünvan(lar)ı, müəllif(lər)in elek­tron poçt ünvan(lar)ı qara rəngli qalın şriftlə ve­ril­məlidir. Bu məlumatlardan sonra üç dildə (Azər­baycan, rus, ingilis) 5–6 sözdən ibarət açar sözlər, da­ha sonra isə məqalənin yazıldığı dil­də qısa xülasə (100 sözdən çox olmamaqla) göstərilməlidir. Xü­la­sədə tədqiqat işinin ma­hiy­yə­ti, müəllif(lər)in aldıqları elmi nəticələr, işin elmi cəhətdən yeniliyi, tət­bi­qi əhəmiyyəti və s. yığ­cam şəkildə öz əksini tapmalıdır.

Məqalənin mətni 6–10 səhifə (A4 formatında) həcmində olmalı, səhifələrdə isə sağ tərəf­dən 10 mm, sol tərəfdən 30 mm, yuxarı və aşağıdan 20 mm boş məsafə saxlanmalıdır. Səhifələrin nöm­rə­si səhifənin aşağı hissəsinin sağ tərəfində qoyulmalıdır. Cədvəllər, qrafiklər, diaqramlar, şəkillər və fo­to­­lar mətndə yerləşdirilməklə məqaləyə daxil edilə bilər.

Elmi mənbələrə edilən istinadlar mətndə kvadrat mötərizədə verilməlidir (məsələn, [1] və ya [1,səh.119]). Mə­qalənin sonunda verilən ədəbiyyat siyahısı istinad olunan ədəbiyyatların mətn­dəki ar­dı­cıl­lığı ilə nöm­rə­lən­mə­li­dir. Ədəbiyyat siyahısında son 10 ildə nəşr edilmiş elmi mə­qalələrə, mo­noq­ra­fi­ya­la­ra və digər mən­bə­lə­rə üstünlük verilməlidir.

"İstifadə edilmiş ədəbiyyat"dan sonra məqalənin adı, müəlliflər haqqında məlu­mat və xü­lasə mə­qalənin yazıldığı dildən əlavə, yuxarıda qeyd edilmiş daha iki dildə veril­mə­li­dir. 

Mü­əl­lif(lər) məqalənin A4 for­ma­tın­da­ çap olunmuş nüsxəsini, məqalənin elektron variantı yazılmış CD və ya DVD diski, eləcə də   əlaqə  üçün telefon nömrələrini təqdim etməlidir.

Məqalələrin toplanmasına cavabdeh ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, dosent, Azərbaycan Respublikasi Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru Nurulla Əliyevdir.

 

Əlaqə üçün:     

Tel.: (+994 12) 491 01 04

Mob.: (+994 50) 328 44 42

E-mail: nurullaliyev@mail.ru 

nurullaliyev@facebook.com

                                                                                          Elmi-praktiki konfransın təşkilat komitəsi