XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 Mart, 2017
Muzey əməkdaşı soyqırım tədbirində iştirak etmişdir

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları davamlı olaraq milli və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edirlər.


Belə ki, Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Əli Fərhadov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində təşkil olunan “Terror multikulturalizmə qarşı: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı seminara qatılmış və müzakirələrdə iştirak etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Bilik Fondunun, AMEA-nın əməkdaşları, KİV nümayəndələri, həmçinin ölkəmizdə səfərdə olan fransalı alimlər də iştirak və çıxış etmişdirlər.

 

 FLICKR

YOUTUBE

FACEBOOK