Milli Azərbaycan Tarixi Muzeyi öz zəngin fondlarında mühafizə olunan maddi mədəniyyət nümunələrinin bərpa edilərək gələcək nəsillərə düzgün çatdırılmasına xüsusi diqqət ayırır.
Muzeydə xüsusi maraq kəsb edən eksponatlardan biri də Silahlar və bayraqlar fondunda mühafizə edilən XIX əsrə aid tapançadır. Tapançanın lüləsi altıatımlıdır. Kalibri 9 mm olan tapançanın xəzinə hissəsində yazısı var: “BRİTİSH, CONSTABULARY”. Tapançanın lüləsi poladdandır, ucunda kiçik nişangahı var. Dəstəyin üzərindəki naxışlar cızma üsulu ilə işlənib, bəzəklər kəsişən romblar formasında olub uzunluğu 23 sm-dir.
Tapança kəskin korroziyaya məruz qaldığından Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı T.Nəbiyev tərəfindən yüksək peşəkarlıqla bərpa edilmişdir. Kimyəvi üsullarla bərpa olunan eksponat mühafizə edilməsi üçün Silahlar və bayraqlar fonduna təhvil verilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.