XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Aprel, 2017
Muzeyin əməkdaşı Moskvada elmi ezamiyyətdə olub

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Laçın Mustafayev Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda keçirilən “Arxeoloji tədqiqatlarda yeni metod və materiallar. Arxeoloji mənbədən tarixi yeniliklərə” adlı IV Beynəlxalq elmi konfransda iştirak etmişdir.


Konfransda Rusiyanın müxtəlif şəhərlərindən və digər ölkələrdən dəvət olunan gənc alimlər iştirak etmişlər.

Muzey əməkdaşı konfransda “2014-2015-ci illlərdə İlyastəpə abidəsində izlənilən tikili qalıqları haqqında” (“О развалинах построек, обнаруженных в 2014-2015 гг. на памятнике Ильястепе”) adlı məruzə ilə çıxış etmişdir. Gənc arxeoloq çıxışında Şəmkir-Qaracəmirli Beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyyətindən, abidənin elmi əhəmiyyətindən bəhs edərək, arxeoloji qazıntılar zamanı əldə edilən nailiyyətləri, maraqlı faktları və elmi nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Məruzə iştirakçıların böyük marağına səbəb olmuş və verilən suallar L.Mustafayev tərəfindən ətraflı cavablandırılmışdır.


Сотрудник Музея направлен в научную командировку

Сотрудник Национального Музея Истории Азербайджана Лачин Мустафаев был направлен для участия в IV Международной научной конференции «Новые материалы и методы археологического исследования. От археологических данных к историческим реконструкциям», проходившей в Институте археологии РАН.

В конференции приняли участие молодые учёные из разных городов России и зарубежных стран. Сотрудник Музея выступил с докладом на тему («О развалинах построек, обнаруженных в 2014-2015 гг. на памятнике Ильяс Тепе»). Молодой археолог подробно ознакомил участников с интересными фактами и научными достижениями Международной Шамкир-Карачемерлинской археологической экспедиции.

Доклад вызвал повышенный интерес аудитории, также Л.Мустафаев подробно ответил на заданные вопросы. 


FLICKR

YOUTUBE

FACEBOOK