Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın qədim dövr tarixinin tədqiq və təbliğinə xüsusi diqqət edilir. Muzeydə 1946-1953-cü illərdə Mingəçevir ərazisindən aparılan arxeoloji qazıntılar zamanı əldə olunan antik dövrə aid çox sayda bəzək əşyaları mühafizə olunur.
E.ə. I miniliyə aid olan bu antik əşyalar xalqımızın tarixi, sosial-iqtisadi inkişafı, ticari əlaqələri və o dövrdə yüksək səviyəli peşakar zərgərlərin olmasını göstərir. Bu bəzək əşyalarının içində e.ə.VIII-V əsrlərə aid olan nəfis qızıl qadın sırğaları xüsusilə seçilir. Antik qızıl sırğalar zamanın təsirindən korlanıb öz gözəlliyini itirmişdir.
Bu baxımdan tarixi əhəmiyyət daşıyan bu zərgərlik məmulatı Muzeyin bərpaçı dizayneri V.Xudaverdiyev tərəfindən bərpa olunub Xüsusi fonda təhvil verilmişdir.
Золотая серьга периода античности реставрирована в Музее
Особое внимание в Национальном Музее Истории Азербайджана уделялось и уделяется изучению древнего периода истории Азербайджана. В фондах Музея хранятся украшения, относящиеся к периоду античности, и найденные во время археологических раскопок 1946-1953-х годов на территории Мингячевира.
Относящиеся к I тысячелетию до н.э. эти украшения свидетельствуют о высоком мастерстве ювелиров, развитии торговых связей и социально-экономическом подъёме в рассматриваемый исторический период. Среди этих украшений особо выделяется изящно выполненная золотая серьга VIII-V вв. до н.э. Сильно пострадавшая от времени золотая серьга эпохи античного времени требовала реставрации.
Реставрация была проведена дизайнером-реставратором Музея В.Худавердиевым, после передана в Особый фонд.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.