XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Aprel, 2017
Muzeydə növbəti açıq dərs keçirilmişdir

Milli Azərbaycan Tarixi Muzeyi Vətən tarixinin təbliği və maarifçilik missiyasını uğurla həyata keçirir.


AMEA Prezidentinin 25 noyabr 2016-cı il tarixli sərəncamına əsasən AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Sabah” qrupları layihəsi çərçivəsində Muzeydə növbəti açıq dərs təşkil edilmişdir. 

Mühazirə Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Əli Fərhadov tərəfindən “Azərbaycan Ağqoyunlular dövründə” mövzusu üzrə keçirilmişdir.

Tarixçi mütəxəssis Bakı Dövlət Universitetinin Tarix fakültəsinin IV kurs tələbələrinə XV əsr Azərbaycan mədəniyyəti, dövrün dini vəziyyəti, təriqətləri, Ağqoyunlu  hökmdarlarının daxili və xarici siyasəti haqqında, Avropa-Azərbaycan diplomatik əlaqələri mövzusunda da geniş açıqlama ilə izahat vermişdir. Muhazirə  mövzu üzrə slaydla müşayiət olunmuşdur.

Açıq dərsin sonunda tələbələrin sualları cavablandırılmış və tələbələrə Muzeyin ekspozisiya zallarında ekskursiya aparılmışdır.

FLICKR

YOUTUBE

FACEBOOK