AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın növbəti əsəri - “Milli Azərbaycan Tarixi Muzeyi:Tarix, Elm və Mədəniyyət” (Bakı: “Elm və təhsil”, 2017, 200 səh.) adlı məqalə və məruzələr toplusu çap olunub.
Kitabda Muzeyin formalaşmasında öz elmi xidmətləri ilə müstəsna rol oynamış alimlərin fəaliyyəti, Muzeyin elmi tədqiqat işlərini və s. əks etdirən araşdırmalar yer alır. Həmçinin burada Azərbaycanın elm, mədəniyyət və tarixini əks etdirən eksponatlarla bağlı məlumatlar da vardır.
Muzey kollektivi adından t.ü.e.d. N.Əliyevanı təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırıq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.