Milli Azərbaycan Tarixi Muzeyi tariximizin təbliği missiyasını uğurla həyata keçirir.
AMEA Prezidentinin 25 noyabr 2016-cı il tarixli sərəncamına əsasən AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkil etdiyi Sabah qrupları layihəsi çərçivəsində Muzeydə növbəti açıq dərslər təşkil edilmişdir.
Muzeyin fond işləri üzrə direktor müavini, t.ü.f.d. M.Zeynalova və Köməkçi tarixi fənn materialları fondunun müdiri, t.ü.f.d. S.Qasımova Köməkçi tarixi fənn materialları fondunda qorunan və ekspozisiyada nümayiş etdirilən materiallar barədə, “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., prof. Ə.Rəcəbli və həmin şöbənin elmi işçisi, t.ü.f.d. A.Məmmədova Muzeydə mühafizə olunan numizmatik materiallar haqqında, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin şöbə müdiri, t.ü.f.d. Səbuhi Əhmədov “Dövlətçilik tarixi” mövzusunda, Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhman Kərimov “Milli Azərbaycan Tarixi Muzeyində elmi-tədqiqat işi” barədə, Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova “Hacı Zeynalbdin Tağıyevin həyat və yaradıcılığı” haqqında BDU Tarix fakültəsinin IV kurs tələbələrinə mühazirələr oxumuşdurlar. Tələbələrin verdikləri suallar mühazirəçilər tərəfindən ətraflı cavablandırılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.