XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Aprel, 2017
İEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyəti müzakirə olunub

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında İctimai Elmlər Bölməsinin (İEB) ümumi yığıncağı keçirilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., prof. Əli Rəcəbli iştirak etmişdirlər.


Tədbiri bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova açaraq yığıncağın İEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyətlərinin müzakirəsinə həsr olunduğunu bildirib.

İclasda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək namizədliyi qeydə alınmış alimlərin Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olduğunu söyləyib.

Daha sonra hər bir namizəd öz elmi fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Sonda namizədlərin təqdimatlarına dair fikir mübadiləsi aparılıb.

 

FLICKR

YOUTUBE

FACEBOOK