2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində görkəmli sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub fəaliyyət göstərir.
8 aprel 2017-ci il tarixində klubun növbəti məşğələsi təşkil edilmişdir.
“H.Z. Tağıyevin Azərbaycanın qeyri-neft sektorunda rolu” adlı mühazirə Muzeyin Xarici əlaqələr və elmi kükləvi iş şöbəsinin aparıcı elmi işçisi Bəhman Kərimov tərəfindən oxunmuşdur.
Dövrü əks etdirən fotoşəkil və sənədlərdən ibarət foto-slaydın müşaiyəti ilə keçirilən mühazirədə H.Z. Tağıyevin toxuculuq, balıqçılıq sənayesi, dəyirman, gəmiçilik-nəqliyyat və şəhərin abadlaşdırılması sahəsindəki fəaliyyətləri haqqında ətraflı məlumat verilmişdir.
Mühazirədə klubun daimi iştirakçıları ilə bərabər, Binəqədi rayon 244 №-li tam orta məktəbin VII-VIII sinif şagirdləri də iştirak etmişdilər.
Dinləyicilərin mövzu ilə bağlı verdiyi çoxsaylı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Sonda şagirdlər maraqlı mühazirəyə görə B.Kərimova öz təşəkkürlərini bildirdilər. Xatirə şəkilləri çəkildi.
Məşğələdən sonra klub üzvləri “H.Z. Tağıyevin xatirə muzeyi”ni də ziyarət etmişdilər.
Xatırladaq ki, “H.Z. Tağıyev klubu”nda məşğələlər hər ayın ilk və son şənbə günü saat 12:00-da keçirilir.
Qeydiyyat üçün: 493 11 34 (bazar ertəsi-cümə, saat 11:00-16:00)
Keçiddə göstərilmiş anketi doldurmaqla da qeydiyyatdan keçə bilərsiniz: https://clck.ru/AYNmt
Hamınız dəvətlisiniz!
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.