Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları digər muzey əməkdaşları tərəfindən də daim maraqla qarşılanır. Belə ki, Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova tərəfindən bu istiqamətdə növbəti ekskursiya keçirilib.
Ekskursiya zamanı Azərbaycanın müxtəlif rayonlarının tarix-diyarşünaslıq muzeylərindən gələn elmi işçilərə daş dövründən tutmuş XX əsrin əvvəllərinə qədərki Azərbaycan tarixi mövzularında geniş məlumat verilmişdir.
Mühazirə ərzində Muzeyin elmi ekspozisiyası zallarında nümayiş olunan eksponatlar əyani şəkildə nümayiş etdirilmiş, dinləyiciləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Sonda qonaqlara Muzey tərəfindən nəşr olunmuş “Bələdçi: Daş dövründən XX yüzilədək” (Məsul redaktor: akademik Nailə Vəlixanlı, Bakı-2010, 127 səh.) kitabı hədiyyə olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.