XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Aprel, 2017
Muzey əməkdaşı Beynəlxalq simpoziumda iştirak edib

Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli türkiyəli tarixçi, professor Xəlil İnalcıkın xatirəsinə həsr olunan “Tarix və tarixçilik” mövzusunda beynəlxalq simpozium keçirilib.


Beynəlxalq simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva da çıxış etmişdir. Tarixçi alimin “İslam tarixçiliyində elmi-bioqrafik əsərlər” adlı məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Türk Tarix Qurumu və Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox xarici ölkələrin tarixçi alim və tədqiqatçıları da iştirak və çıxış ediblər.

FLICKR

YOUTUBE

FACEBOOK