Butun günlərini işləyən əhali bayram günlərində istirahətlərini səmərəli keçirməyi düşünürlər. Çoxsaylı ziyarətçilərin marağını nəzərə alaraq, Milli Azərbaycan Tarixi Muzeyi bayram ərəfəsində də öz ziyarətçilərini qəbul edir.
Muzeyin direktoru Nailə Vəlixanlının tapşırığı ilə bayram ərəfəsində muzey xüsusi gücləndirilmiş iş rejimində çalışır. Bu gün muzeyi İrandan gələn qonaqlar ziyarət etmişlər. Bələdçi qonaqları Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən ekspozisiyası ilə yaxından tanış etmiş və onların suallarını ətraflı cavablandı.
Cənubi Azərbaycandan gələn qonaqlar neft milyonçusu, xeyriyyəçi H.Z.Tağıyevin ev mülkündə yerləşən, qərb memarlıq üslubuna xas olan muzeyin möhtəşəm binasına xüsusi heyranlıqlarını bildidilər. Qonaqlar muzeydən xoş təəssüratla ayrıldılar.
Foto-şəkillərə https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/ baxa bilərsiniz
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.