XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Aprel, 2017
Muzey əməkdaşı təltif edilmişdir

AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş növbəti iclasında 7 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.


Mükafatlandırılan alimlərin içərisində Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d. Əli Rəcəbli Azərbaycan numizmatik irsinin elmi tədqiqi və təbliğindəki xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülmüşdür.

Muzey əməkdaşları adından t.ü.e.d. Əli Rəcəblini təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzu edirik.

FLICKR

YOUTUBE

FACEBOOK