XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Aprel, 2017
Muzeyin əməkdaşı XIX Ümumrusiya Numizmatika Konfransında iştirak etmişdir

18 - 22 aprel 2017-ci il tarixində Rusiya Federasiyasının Novqorod şəhərində XIX Ümumrusiya Numizmatika Konfransı keçirilmişdir. Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., prof. Əli Rəcəbli də çıxış etmişdir.


 Prof. Əli Rəcəbli “Şirvanşahların nadir sikkələri” mövzusunda  məruzə oxumuşdur. Muzey əməkdaşı Şirvanşahlardan V Məhəmməd ibn Əhməd (981-991), Quban ibn Yəzid (1043 - 1049) və Burhan Əlinin (1540 – 1549) nadir sikkələrindən bəhs etmiş, maraqlı tarixi faktları diqqətə çatdırmışdır.

 İştirakçılara konfrans münasibətilə zərb edilmiş xatirə sikkəsi hədiyyə edilmişdir.

 FLICKR

YOUTUBE

FACEBOOK