Muzey əməkdaşları mütəmadi olaraq elmi-kütləvi tədbirlər həyata keçirirlər. Bu istiqamətdə 26 aprel 2017-ci il tarixində “Muzey tələbələrin gözü ilə (Muzey eksponatları əsasında)” adlı mühazirə təşkil edilmişdir.
Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin aparıcı elmi işçisi m.ü.f.d. Nardanə Yusifova ADPU-nin Tarix fakültəsinin III kurs tələbələrinə mühazirə oxumuşdur.
Tədbir diskussiya şəklində keçirilmişdir. Həmçinin Muzeydə nümayiş olunan eksponatlar əsasında fənlərarası əlaqədə tələbələrə məlumat verilmişdir. Humanitar və dəqiq elmlər arasındakı məntiqi əlaqə izah edilmişdir.
Mühazirənin sonunda tələbələri maraqlandıran suallar N.Yusifova tərəfindən ətraflı cavablandırılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.