XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Aprel, 2017
Muzey əməkdaşları “Thomson Reuters” agentliyi tərəfindən hazırlanan seminarda iştirak ediblər

Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin əməkdaşları t.ü.f.d. Bəhmən Kərimov və Aynur Babayeva AMEA-da “Thomson Reuters” agentliyi tərəfindən hazırlanan seminarda  iştirak etmişlər.


Maarifləndirici seminar Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyəti Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə  “Thomson Reuters” agentliyi tərəfindən ““Web of Science” məlumat platforması elmmetrik məlumat mənbəyi kimi” mövzusunda keçilmişdir.

Seminarın keçirilməsində məqsəd AMEA-nın elmi müəssisələrinin alim və mütəxəssisləri üçün beynəlxalq “Web of Science” məlumat platformasının imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları, həmçinin müasir beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması qaydaları ilə tanışlıq idi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək Akademiya ilə “Thomson Reuters” təşkilatı arasında 2016-cı ilin oktyabrında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Akademik müqavilə çərçivəsində AMEA-nın elmi müəssisələri üçün “Web of Science” məlumat platformasından istifadə imkanının yaradıldığını bildirib.

Sonra “Thomson Reuters”  agentliyinin MDB ölkələri üzrə nümayəndəsi Valentin Boqorov ““Web of Science” məlumat platforması elmmetrik məlumat mənbəyi kimi” mövzusunda təqdimatla çıxış edib.

Seminarda “Web of Science” saytında axtarış vasitələrindən səmərəli istifadə yolları əyani nümayiş etdirilib.

 FLICKR

YOUTUBE

FACEBOOK