Muzey əməkdaşları mütəmadi olaraq elmi-kütləvi tədbirlər həyata keçirirlər. Bu istiqamətdə 27 aprel 2017-ci il tarixində “ Eksponatlar daha doğrusunu deyir” adlı mühazirə təşkil edilmişdir.
Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin aparıcı elmi işçisi m.ü.f.d. Nardanə Yusifova ADPU-nin Tarix fakültəsinin IV kurs tələbələrinə mühazirə oxumuşdur.
Tədbir diskussiya şəklində keçirilmişdir. Həmçinin Muzeydə nümayiş olunan eksponatlar əsasında fənlərarası əlaqədə tələbələrə məlumat verilmişdir. Humanitar və dəqiq elmlər arasındakı məntiqi əlaqəni izah etməklə, eksponatlara istinadən forma-məzmun vəhdətində maraqlı mühazirə oxumuşdur.
Mühazirənin sonunda tələbələri maraqlandıran suallar N.Yusifova tərəfindən ətraflı cavablandırılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.