Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsilə əlaqədar dahi Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsimiyə həsr olunmuş seminar keçirildi.
Milli Azərbaycan Tarixi Muzeyində (MATM) təşkil edilən tədbir “Hürufilik, islam və Azərbaycan multikulturalizmi” mövzusunda idi. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Dr. Rəşad İlyasov “İslam elm tarixində Azərbaycan məktəbi”, Muzeyin elmi işçisi Əli Fərhadov “Nəsimi yaradıcılığında sufizm və hürufilik vəhdəti” mövzularında çıxış etdilər.
Tədbirdə MATM-nin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji Universiteti YAP Gənclər Təşkilatının tələbə üzvləri və dini icmaların nümayəndələri iştirak etdilər. Sonda iştirakçıların sualları mühazirəçilər tərəfindən ətraflı cavablandırıldı.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.