Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə bayram günlərində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya təşkil olunmuşdur.
Layihəyə əsasən Naxçıvan MR-nın şəhər və rayonlarından Bakı şəhərinə gələn 180 nəfər xüsusi istedadlı məkətbli uşaqlara tarixi abidələrə, şəhərin gəzməli yerlərinə ekskursiya aparılması nəzərdə tutulmuşdur. Maarifləndirici tur-aksiyanın əsas məqsədi ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin gənc nəslə aşılanması və dərindən öyrədilməsidir. “Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçılarının Bakı şəhəri ilə tanışlığı davam edir.
Naxçıvan MR rayonlarından gələn məktəblilər bu gün Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Qonaqları Muzeyin Elmi maarif şöbəsinin müdiri Bəxtiyar Sayılıov qarşıladı. Muzeyin bələdçisi şagirdləri Azərbaycan tarixinin ən qədim dövrdən bu günə qədər əks etdirən ekspozisiyası ilə tanış etdi və onların suallarını ərtaflı cavablandırdı. Məktəblilər Azərbaycan tarixini, ulu keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə etdilər və neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış oldular. Məşhur xeyriyyəçinin ev mülkündə yerləşən muzey binasının tarixi şagirdlərin xüsusi marağına səbəb oldu.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.