XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 May, 2017
Muzeyin əməkdaşı kitab təqdimatında iştirak edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində  (BBMM) “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” (Bakı, 2016, 168 səh.) kitabının təqdimatı keçirilib.


İradə Məlikovanın tərtibatçılığı ilə nəşr olunan kitabda Azərbaycanda yaşayan müxtəlif xalqların həyatının müxtəlif sahələri, məişəti, münasibətləri, fikri, dünyagörüşü haqqında 1300-ə yaxın atalar sözü və deyimlər toplanıb.

Təqdimatda AMEA-nın, Azərbaycanda yaşayan müxtəlif etnik icmaların nümayəndələri iştirak etmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin əməkdaşı Əli Fərhadov da tədbirdə çıxış etmişdir.  Ə.Fərhadov öz çıxışında kitabın gələcək nəşrlərində Azərbaycanda qədimdən bəri yaşayan yəhudi və xristian dininə mənsub xalqların da atalar sözlərinin daxil edilməsinin məqsədəuyğun olduğunu bildirmişdir.

Sonda İ.Məlikova tərəfindən “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri”  kitabı Muzeyə hədiyyə edilmişdir. 

FLICKR

YOUTUBE

FACEBOOK