XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 May, 2017
Muzey əməkdaşı konfransda iştirak edib

Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə birgə "İslam Həmrəyliyi Gənclərin Gözü İlə" adlı konfrans keçirmişdir.


Tədbirdə AMEA üzvləri, müxtəlif dini icmaların,  dövlət qurumlarının, gənclər təşkilatlarının nümayəndələri çıxış etmişdirlər. Multikulturalizmin, İslam həmrəyliyinin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olduğu, gənclərin bu istiqamətdəki fəaliyyətinin vacibliyi məruzəçilər tərəfindən vurğulanmışdır.

 Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin əməkdaşı Əli Fərhadov da tədbirdə iştirak etmişdir.

FLICKR

YOUTUBE

FACEBOOK