XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 May, 2017
Muzey “Nə mutlu türkəm deyənə” adlı tədbirdə iştirak etmişdir

Azərbaycan Britaniya Kollecinin təşkilatçılığı ilə “Nə mutlu türkəm deyənə” adlı ikihissəli tədbir keçirilmişdir.


Milli Azərbaycan Tarixi Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov, şöbənin aparıcı elmi işçisi Nardanə Yusifova, kiçik elmi işçisi Nüşabə Əsədova və Muzeyin meneceri Kübra Dadaşova tədbirdə iştirak etmişlər.

Tədbirin məqsədi türkdilli dövlətlərin tarixi, mədəniyyəti, milli mətbəxi ilə həm şagird və müəllim kollektivimizi, həm də beynəlxalq məktəblərdən, xarici səfirliklərdən dəvət olunan qonaqlarımızı yaxından məlumatlandırmaq və tanış etmək idi.

Tədbirin birinci hissəsində Kollecin şagirdləri və qonaqlar hər bir türk dövlətini xarakterizə edən musiqili nömrələr ilə çıxış etmişdilər. Tədbirin ikinci hissəsində isə şagird və qonaqların hazırladıqları əl işləri, məlumat xarakterli lövhələr və s. sərgilənirdi.

Öz növbəsində Muzey də “Nə mutlu türkəm deyənə” adlı tədbirin ikinci hissəsində Muzeyin fəaliyyətini əks etdirən nəfis tərtibatlı nəşrlər, Muzey eksponatları əsasında Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Əmir Yusif Zəvərov tərəfindən hazırlanmış saxsı nümunələri və laboratoriyanın bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən hazırlanmış üzərində türk ornamentləri təsvir olunmuş zinyət əşyaları ilə iştirak etmişdir. Muzeyin elmi və elmi-kütləvi fəaliyyətini əks etdirirən ingilis dillində olan kataloq və albomlar həm şagirdlərin, həm də sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Sonda Milli Azərbaycan Tarixi Muzeyinə göstərdiyi dəstəyə görə, başda direktor, akademik Nailə Vəlixanlı olmaqla minnətdarlıq bildirilmiş və “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

FLICKR

YOUTUBE

FACEBOOK