XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 May, 2017
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.


Tədbir Milli Azərbaycan Tarixi Muzeyi, YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirildi.

Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin sədri Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili, prof. Şəmsəddin Hacıyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, tarixçi alimlər, Muzey əməkdaşları, geniş ictimaiyyətin nümayəndələri iştirak etdilər. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş "Dahi şəxsiyyət" filminin nümayişindən sonra tədbiri giriş sözü ilə prof. Şəmsəddin Hacıyev açıq elan edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev müdrikliyi, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə müasir, müstəqil Azərbaycan dövlətinin dünya ölkələri ilə bir cərgədə dayanmasına, beynəlxalq məsələlərdə söz sahibinə çevirilməsinə nail olub. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində Heydər Əliyev irsinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

Səbail rayon İcra Hakimiyyətinin sədri Eldar Əzizov öz çıxışında qeyd etdi ki, Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən köklü siyasi, iqtisadi dəyişikliklər nəticəsində həyatın bütün sahələrində tənəzzülə son qoyuldu. Ulu öndər islahatların aparılmasını daim diqqətdə saxlayırdı.  

Ombudsman Elmira Süleymanova da Ulu Öndər Heydər Əliyevin insan hüquqları sahəsindəki nailiyyətləri haqqında iştirakçılara geniş məlumat verdi.

Daha sonra akademik Nailə Vəlixanlı çıxış edərək bildirdi ki, Azərbaycanın müstəqil dövlət quruculuğunda əldə etdiyi bütün uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin gerçəkləşdirdiyi uğurlu xarici və daxili siyasət dayanır. Onun layiqli davamçısı isə cənab Prezident İlham Əliyevdir. Ölkənin inkişafını şərtləndirən mühüm amillərdən sayılan elm sahəsində baş vermiş köklü dəyişikliklər və misilsiz nailiyyətlər də bu strategiyadan qaynaqlanır.

YAP Səbail “Əhməd Cavad 12” ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri Aygül Ağayeva da gənc nəslin maariflənməsində Heydər Əliyev irsinin əhəmiyyəti mövzusunda çıxış etdi.

Tədbirin sonunda bədii hissə nümayiş etdirildi. Bədii hissəsinin təşkilatçısı Muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimovadır. Bülbül adına orta ixtisas müsiqi məktəbinin şagirdləri, Azərbaycan Milli Konservatoriyasının tələbələri, Muzeyin “H.Z.Tağıyev klubu” üzvləri tərəfindən mahnı və rəqslər ifa olundu.

FLICKR

YOUTUBE

FACEBOOK