Muzey əməkdaşları mütəmadi olaraq elmi-kütləvi tədbirlər həyata keçirirlər. Bu istiqamətdə 5 may 2017-ci il tarixində “ İslami naxışlar ruhun nəğməsidir (Muzey eksponatları əsasında)” adlı mühazirə təşkil edilmişdir.
Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin aparıcı elmi işçisi m.ü.f.d. Nardanə Yusifova ADPU-nin Coğrafiya fakültəsinin III kurs tələbələrinə mühazirə oxumuşdur.
Tədbir diskussiya şəklində keçirilmişdir. Həmçinin Muzeydə nümayiş olunan eksponatlar əsasında fənlərarası əlaqədə tələbələrə məlumat verilmişdir. Mühazirəçi humanitar və dəqiq elmlər arasındakı məntiqi əlaqəni izah etməklə, eksponatlara istinadən forma-məzmun vəhdətində, islami naxışlar haqqında maraqlı mühazirə oxumuşdur.
Mühazirənin sonunda tələbələri maraqlandıran suallar N.Yusifova tərəfindən ətraflı cavablandırılmışdır. Tələbələr muzeydə fəaliyyət göstərən “Tağıyev klubuna” da üzv olmaq istəklərini bildirdilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.