2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində görkəmli sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub fəaliyyət göstərir.
06 may 2017-ci il tarixində klubun növbəti məşğələsi təşkil edilmişdir.
“H.Z. Tağıyevin yaşayış mülkünün daxili memarlıq üslubu” adlı mühazirə Muzeyin Fond İşləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova tərəfindən oxunmuşdur.
Binanın daxili memarlığını əks etdirən fotoşəkillərdən ibarət foto-slaydın müşaiyəti ilə keçirilən mühazirədə binanın memarlıq üslubu haqqında ətraflı məlumat verilmişdir.
Mühazirədə klubun daimi iştirakçıları ilə bərabər, yeni üzvləri də iştirak etmişdilər.
Dinləyicilərin mövzu ilə bağlı verdiyi çoxsaylı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Sonda klub üzvləri ilə birgə xatirə fotosu çəkilmişdir.
Məşğələdən sonra klub üzvləri “H.Z. Tağıyevin xatirə muzeyi”ni də ziyarət etmişdilər.
Xatırladaq ki, “H.Z. Tağıyev klubu”nda məşğələlər hər ayın ilk və son şənbə günü saat 12:00-da keçirilir.
Qeydiyyat üçün: 493 11 34 (bazar ertəsi-cümə, saat 11:00-16:00)
Keçiddə göstərilmiş anketi doldurmaqla da qeydiyyatdan keçə bilərsiniz: https://clck.ru/AYNmt
Hamınız dəvətlisiniz!
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.