XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 May, 2017
Muzey əməkdaşı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib

5 may 2017-ci il tarixində Bakıda, Heydər Əliyev Mərkəzində “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.


Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, xarici ölkə rəsmiləri, UNESCO, BMT, Avropa Şurası, ISESCO-nun rəsmi nümayəndələri iştirak ediblər.

6 may 2017-ci il tarixində isə Forum çərçivəsində “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda panel sessiya keçirilib. Sessiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunub.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov Forumun həm rəsmi açılış mərasimində, həm də panel sessiyada iştirak edib.  

FLICKR

YOUTUBE

FACEBOOK