Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Rusiya Təbiətşünaslıq Elmləri Akademiyasının akademiki, Rusiya Federasiyası Qloballaşma və Dayanıqlı İnkişaf İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədov “Qloballaşma, dayanıqlı inkişaf və müxtəlifmədəniyyətlilik” mövzusunda mühazirə oxuyub.
Tədbirdə BBMM, Bilik Fondu, AMEA, etnik və dini icmaların nümayəndələri iştirak və çıxış ediblər. Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov da tədbirdə fəlsəfi fikir tarixində multikulturalizm mövzusunda müzakirələrdə çıxış etmişdir.
Tədbirin sonunda akad. Nizami Məmmədov “Ekologiya və davamlı inkişaf” (Bakı, 2015, 348 səh.) adlı kitabını Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə etmişdir. Kitabda müəllifin tədqiqatları əsasında ekoloji təfəkkürün konseptual və metodoloji məsələləri təqdim olunmuş; bioloji (klassik) ekologiyanın, biosferin ekologiyası, insan ekologiyası və sosial ekologiyanın əsas məsələləri təhlil edilmişdir. Əsərdə əsas diqqət müasir cəmiyyətin davamlı inkişafa keçid problemləri və qloballaşmanın ekoloji aspektlərinə yönəldilmişdir. Bu tarixi prosesdə mədəniyyətin, təhsilin, elmin və yüksək texnologiyaların rolu göstərilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.